Sertifikasiyadan keçməyən müəllimlərin DİQQƏTİNƏ – Avqust ayında...

Sertifikasiyadan keçməyən müəllimlərin DİQQƏTİNƏ – Avqust ayında...

Hazırda oxunan: Sertifikasiyadan keçməyən müəllimlərin DİQQƏTİNƏ – Avqust ayında...

621297

2025-2026-cı tədris ili başa çatır. Çox təəssüf ki, bu tədris ilində sertifikasiyadan keçməyən xeyli sayda müəllim öz işini itirəcək. Sosial şəbəkələrdə yayılan iddialara görə, bəzi məktəblərdə sertifikasiyadan keçməyən müəllimlərdən işdən azad olunmaq barədə ərizə tələb olunur.

Bu nə dərəcədə doğrudur? Dərhal ərizə yazmaq tələbi nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Elşən Qafarov bəzi məktəblərdə rəhbərliyin nə üçün bu tələblə çıxış etdiyini açıqlayıb:

“Əvvəla bu ona görədir ki, siz öz ərizənizlə işdən çıxsanız, sabah məhkəməyə müraciət edə bilməyəcəksiniz. Çünki öz istəyinizlə işdən ayrılırsınız. Digər tərəfdən builki tədris ilinin sonu bir qədər qarışıqdır. Bayramlar və tətilin başlaması ilə əlaqədar müəllimlər iyunun 22-dən işə gəlmirlər.
 

Əmək qanunvericiliyinə görə məzuniyyətə getmə ilə bağlı müvafiq əmr ən azı məzuniyyətə çıxandan 5 gün əvvəl verilməlidir. Builki vəziyyətdə məzuniyyətə getmə ilə bağlı əmrlər iyunun 19-20-dək verilməli idi.


Bu səbəbdən də bu il sertifikasiyadan kəsilən müəllimlərin əmək müqaviləsinə iyun ayında xitam verilməyəcək.

Müqaviləyə yalnız məzuniyyətdən sonra, yəni avqustun 26-da xitam verilə bilər. Bu da o deməkdir ki, sertifikasiyadan keçməyən müəllimlər bu günlərdə işdən azad olunmaq barədə ərizə yazsalar, o zaman məzuniyyət hüququndan məhrum olacaqlar”.

Onu da qeyd edək ki, sertifikatlaşdırmadan keçməyən müəllimlərə bir il iş yeri saxlanmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO