Ötən il Azərbaycanda ən çox pambıq əkilən rayonlar – SİYAHI

Ötən il Azərbaycanda ən çox pambıq əkilən rayonlar – SİYAHI

Hazırda oxunan: Ötən il Azərbaycanda ən çox pambıq əkilən rayonlar – SİYAHI

621238

“2025-ci ildə Azərbaycanda pambıqçılığın əsas yükünü üç rayon daşıyıb”.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, ötən il pambıq əkin sahələrinin həcminə görə lider rayonlar Saatlı (12,6 min hektar), Ağcabədi (11,8 min hektar) və Sabirabad (11,1 min hektar) olub:

"Ümumi pambıq əkinlərinin 35,3 %-i məhz bu üç rayonun payına düşüb. Pambıq istehsalında isə Saatlı (45,7 min ton), Ağcabədi (41,3 min ton) və Beyləqan (37,5 min ton) rayonları liderlik edib. Ölkə üzrə ümumi pambıq istehsalının 34,3 %-i bu üç rayonun hesabına formalaşıb. Məhsuldarlıq göstəricilərinə görə Beyləqan (4,2 ton/ha), Biləsuvar (4,1 ton/ha) və Neftçala (4,0 ton/ha) rayonları ilk üçlükdə qərarlaşıb".

Nazir əlavə edib ki, ölkədə pambıq emalı 4 dəfə artırılacaq, iki yeni müəssisə yaradılacaq:

"Dövlət Proqramında pambıqçılığın klaster modeli əsasında inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə xam pambıq istehsalının artırılması ilə yanaşı, emal sənayesinin də genişləndirilməsi planlaşdırılır.
 

2025–2030-cu illər üzrə əsas hədəflər ixtisaslaşmış 15 rayonda pambıq üzrə orta məhsuldarlığın təxminən 50 sentner/hektara çatdırılması, xam pambıq istehsalının 17 % artırılması, iplik və parça istehsalı da daxil olmaqla emal həcminin 4 dəfə artırılması, əlavə olaraq 2 yeni emal müəssisəsinin yaradılmasıdır.


Dövlət Proqramının icrası nəticəsində emal sənayesinin inkişafı, pambıqçılıqda məhsuldarlığın yüksəlməsi, yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması gözlənilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO