Peşə tanınması imtahanının nəticələri AÇIQLANDI

Peşə tanınması imtahanının nəticələri AÇIQLANDI

Hazırda oxunan: Peşə tanınması imtahanının nəticələri AÇIQLANDI

620971

İyunun 16-da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə tanınması imtahanının nəticələri açıqlanıb.

Bu barədə Bizim.Media-ya Təhsildə Keyfiyyətə Təminat Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin imtahanda iştirak etmək üçün 145 namizəd qeydiyyatdan keçib, bunlardan 115-i imtahanda iştirak edib, yalnız 16 nəfər keçid balını toplayıb. 20 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 13,91% təşkil edib. Aşağıda sözügedən imtahana dair müvafiq məlumatlarla tanış ola bilərsiniz.

Belə ki, peşə tanınması imtahanında "Hüquqşünaslıq" ixtisası üzrə 57 nəfər iştirak edib, onlardan yalnız 10 nəfəri başqa sözlə, cəmi 17.54%-i uğurlu nəticə əldə edib. Beləliklə, "Hüquqşünaslıq" ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 82.46 %-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Eyni zamanda, "Mühəndislik" ixtisası üzrə peşə tanınması imtahanında 48 nəfər iştirak edib, namizədlərdən yalnız 3 nəfəri başqa sözlə, cəmi 6.25%-i uğurlu nəticə əldə edib.

Nümunə olaraq, "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 100%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Həmçinin, "Müəllimlik" ixtisası üzrə peşə tanınması imtahanında 10 nəfər iştirak edib, onlardan yalnız 3-ü uğurlu nəticə əldə edib. Beləliklə, "Müəllimlik" ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 70%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Sözügedən imtahana dair təfərrüatlı statistika ilə keçiddən tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO