“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir

“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir

Hazırda oxunan: “Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir

620889

“Müəyyən mənada narazılıq mənə görə təbiidir, yəni olmalıdır da. Təhsil sistemində həmişə kimsə nədənsə narazı olacaq. Sadəcə onların narazılığının haqlı və ya haqsız olması önəmli sualdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Trend.az”a, “apa.az”a və “Xəzər Tv”yə birgə müsahibəsində deyib.

“Demirəm ki, həmişə haqsızdır. Təbii ki, haqlı narazılıqlar da var. Amma bu narazılıqların miqyası çox önəmlidir. Yəni insanlar nədən narazıdır? Bizdə narazılıq, əsasən, fərdi xarakter daşıyır. Nədənsə narazıyıqsa və biz də onu haqlı qəbul ediriksə, o, aradan qaldırılırsa, deməli, bir addım irəli atırıq.

Müşahidəm ondan ibarətdir ki, bizə gələn narazılıqlar daha çox dərs saatlarının düzgün bölüşdürülməməsi, hansısa müəllimin hansısa məktəblə və ya məktəb rəhbəri ilə münaqişəsi, valideynlərlə şagirdlər arasında olan ünsiyyət problemləri, məktəb daxilində şagirdlər arasında yaranan məsələlərdir”, - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO