Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Hazırda oxunan: Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

620676

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtobus 75 yaşlı qadının üzərindən keçib. Hadisə ötən gün saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.

Bizim.Media  Xəzər TV-yə istinadən xəbər verir ki, mərhumun nəvəsinin sözlərinə görə, hadisə nənəsi onlara gələrkən baş verib:
 

"Rəhmətə gedən şəxs mənim nənəm idi. Avtobusdan düşüb normal qaydada yolun sağ tərəfi ilə hərəkət edirdi. Digər avtobus isə arxadan, insanların keçdiyi tərəfdən, səkinin üzəri ilə hərəkət edərək nənəmi çox ağır şəkildə vurdu. Nənəm avtobusun altında qaldı.


Bu cür hərəkətlərdən şikayətçiyəm. Çünki bizim məhəllədə yol hərəkəti qaydalarına əməl olunmur. Tez-tez belə hadisələr baş verir. Əsasən də 214 nömrəli marşrut avtobusu ilə bağlı problemlər yaşanır".

Hadisə şahidlərinin sözlərinə görə, qəza səkinin üzərində baş verib.

Şahidlərdən biri hadisəni belə təsvir edib:

"Güclü bir səs eşitdim, qadın qışqırığı gəldi. Qapıdan çölə çıxdım və gördüm ki, bir avtobus dayanacaqda dayanıb. Digər avtobus isə onun sağ tərəfindən böyük sürətlə keçib. Halbuki həmin ərazidə yol nişanı və piyada keçidi nişanlanması var. İnsanlar buradan keçirlər. Təəssüf ki, bəzi marşrut avtobusları buna məhəl qoymur".

Digər bir şahid isə sürücünün yuxulu ola biləcəyini ehtimal edib:

"Mənə elə gəlir ki, sürücü yuxulamışdı. Sağ tərəfdən keçərək qadını vurdu. Ola bilsin ki, zərbə anında ayılıb və avtobusu sağa çəkib".

Xəstəxanaya çatdırılan qadın orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO