556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

Hazırda oxunan: 556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

620595

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.

İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.

Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq tәqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO