Naxçıvanda dayanacaq pavilyonlarının olmaması problemi həll olunacaq

Naxçıvanda dayanacaq pavilyonlarının olmaması problemi həll olunacaq

Hazırda oxunan: Naxçıvanda dayanacaq pavilyonlarının olmaması problemi həll olunacaq

620522

Naxçıvan şəhəri və muxtar respublikanın bir sıra yaşayış məntəqələrinin sakinləri bəzi ərazilərdə yolların kənarında dayanacaq pavilyonlarının olmamasından şikayətlənirlər.

Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Qasım Məmmədov bildirib ki, müvafiq yerlərdə dayanacaq pavilyonlarının quraşdırılması nəzərdə tutulur. O qeyd edib ki, bəzi yerlərdə marşrut dayanacaqları quraşdırılmayıb. Buna səbəb müasir dövrün tələblərinə cavab verən yeni nəsil dayancaqların quraşdırılmasının nəzərdə tutulmasıdır.

Q.Məmmədov qeyd edib ki, pavilyonlardakı çatışmazlıqlar da aradan qaldırılacaq. İstismar müddətini bitirmiş pavilyonlar yeniləri ilə əvəz olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO