Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Hazırda oxunan: Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

620442

Son illərdə kosmetologiya sahəsinə maraq sürətlə artıb, estetik prosedurlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar ən çox dərinin cavanlaşdırılması, qırışların aradan qaldırılması, üz konturlarının korreksiyası və digər kosmetoloji tətbiqlər üçün kosmetoloqlara üz tuturlar. Lakin nəticə həmişə ürəkaçan olmur.

Ona görə də insanlar daha yaxşı kosmetoloq və daha yaxşı preaparat axtarışına çıxırlar. Bəzən eyni preparatla fərqli nəticələr alınır. Hətta bəzən eyni həkim, eyni preparat belə fərqli pasiyentlərdə fərqli nəticə göstərə bilir. Bu da pasiyentin dəri tipini, yaşını, anatomik quruluşunu və estetik gözləntilərini ortaya çıxarır. Məntiqlisi isə budur ki, peşəkar kosmetoloq və ya dermatoloq paiyentdə bütün bunları nəzərə alaraq, preaparat seçir və tətbiq edir.

Belə olduqda sual yaranır, kosmetologiyada əldə olunan nəticə daha çox həkimdən, yoxsa istifadə olunan preparatdan asılıdır?

Mövzu barədə Bizim.Media-ya danışan kosmetoloq Zibeydə Xəlilova deyib ki, bu haqda konkret fikir bildirmək mümkün deyil.

Onun sözlərinə görə, bu, bəzən həkimdən, bəzən isə preaparatdan asılı olur:

“Ola bilər ki, istifadə olunan preparat yüksək keyfiyyətli və effektiv olsun, lakin onu tətbiq edən mütəxəssis düzgün texnika seçmədiyi üçün gözlənilən nəticə əldə edilməsin. Digər tərəfdən, həkim və ya kosmetoloq kifayət qədər peşəkar və təcrübəli ola bilər, amma istifadə olunan preparatın keyfiyyəti və ya xüsusiyyətləri arzuolunan səviyyədə olmadıqda nəticə yenə də qənaətbəxş olmayacaq. Buna görə kosmetologiyada uğurlu nəticəni yalnız bir amillə əlaqələndirmək düzgün deyil. Yəni burada konkret, dəqiq, birmənalı fikir yürütmək doğru deyil”.

Kosmetoloq vurğulayıb ki, preparatın vaxtı keçibsə və ya pasiyentin ona qarşı allergiyası varsa, istifadə etmək olmaz:

“Yəni bu problemli preparat sayılır. Dolğular süni maddələrdən hazırlana bilər ki, bu da gözlənilən, yüksək nəticəni verməz. Mezoterapiya və biorevitalizasiya zamanı isə allergik reaksiyalar yarana bilər”.

Günay Şahmar, Bziim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO