Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU

Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU

Hazırda oxunan: Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU
619779
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı (2021-ci ildən) tarixdən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 mini rəsmiləşdirilib.

Bu barədə Bizim.Media-ya Fonddan məlumat verilib.

Bildirilib ki, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 %-ni sosial, 65 %-ni isə standart növ təhsil tələbə kreditləri təşkil edir. Təhsil pillələri üzrə bölgüyə əsasən müqavilələrin 69 %-i bakalavriat, 23 %-i magistratura, 7 %-i orta ixtisas, 1 %-i isə peşə təhsili səviyyəsinin payına düşür.

Fondun fəaliyyətinin sosial təsirini əks etdirən mühüm göstəricilərdən biri də gender bölgüsüdür.

Kredit müqavilələrinin 64 %-i qadın, 36 %-i isə kişi tələbələr üçün rəsmiləşdirilib. Bu göstərici Fondun xüsusilə qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını göstərir.

Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq kredit məbləği xərclənib, bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb.

Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial növ təhsil tələbə krediti təşkil edir, 1,9 milyon manatdan artığı isə sığorta məbləği olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO