Piyada keçidlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Piyada keçidlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Hazırda oxunan: Piyada keçidlərində baş verən qəzaların ANBAAN VİDEOSU

619557

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşarkən qəzanın baş verməməsi üçün sürücülərin diqqət yetirməli olduqları qaydalar öz əksini tapıb:

“Qəfil və sərt əyləcdən istifadə, düzgün ara məsafəsinin saxlanılmaması və nəticədə qəza. Piyada keçidlərinin yaxınlığında baş verən yol-nəqliyyat hadisələri sürücülərin məhz bu qaydalara əməl etməməsi səbəbindən qeydə alınır.

Vaxtında piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməyən bəzi sürücülər keçidə yaxınlaşdıqda piyadaya son anda diqqət yetirdiklərindən qəfil və sərt əyləcdən istifadə edirlər.

Nəticədə isə arxadan hərəkət edən və düzgün ara məsafəsi saxlamayan digər nəqliyyat vasitələri həmin avtomobilə çırpılır.

Belə qəzaların olmaması üçün sürücülər yol nişanlarına diqqət yetirməklə yanaşı, keçidlərə yaxınlaşarkən sürəti azaltmalı və düzgün ara məsafəsi saxlamalıdırlar. Piyada keçidlərinin yaxınlığında təhlükəsizliyin təmin olunması üçün onlar bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Bu zaman piyada vurulması ilə nəticələnən, eyni zamanda zəncirvari qəzaların da qarşısı alınmış olacaq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO