26 il sonra üzə çıxan tale: Azərbaycanı ağladan Nizami indi haradadır? – VİDEO

26 il sonra üzə çıxan tale: Azərbaycanı ağladan Nizami indi haradadır? – VİDEO

Hazırda oxunan: 26 il sonra üzə çıxan tale: Azərbaycanı ağladan Nizami indi haradadır? – VİDEO

619507

Məcburi köçkün düşərgəsindəki ifası ilə yaddaşlara həkk olunan Nizami Paşayevin həyat hekayəsi yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, “Belə-belə işlər” layihəsinin hazırladığı süjetdə illər əvvəl təsirli səsi ilə bütün ölkəni kövrəldən Nizami Paşayevin çətin və keşməkeşli həyat yolundan bəhs olunur.

“O qədər çətin günlər olub ki... Mən gənclik görməmişəm. Həmin o çətin dövr imkan vermədi ki, arzularım həyata keçsin”, – deyən Nizami həyatının ən ağır məqamlarını bölüşür.

Süjetdə onun səsini vaxtilə kəşf edən amerikalı musiqiçi Cefri Verbokun Nizamini 8 il sonra yenidən necə tapdığı, eləcə də bir vaxtlar məcburi köçkün düşərgəsində oxuduğu mahnı ilə məşhurlaşan uşağın bu gün harada və necə yaşadığı barədə maraqlı məqamlar yer alır.

Daha ətraflı videoda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO