Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Hazırda oxunan: Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

619154

Ağdam rayonunda qəbiristanlıqda məzar yeri qazılan zaman döyüş sursatı aşkarlanıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə rayonun Qərvənd kənd qəbiristanlığında baş verib. Kənd sakinlərindən birinin dəfni üçün qazılan qəbirdən mərmi tapılıb.
 

Əraziyə dərhal müvafiq qurumların əməkdaşları cəlb olunub. Aşkarlanan sursat Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən götürülüb.


Məlumata görə, tapılan sursat 120 millimetrlik minaatan mərmisidir. Bildirilir ki, mərmi Birinci Qarabağ müharibəsi dövründə istifadə olunan döyüş sursatlarındandır.

Fakt bir daha göstərir ki, müharibənin izləri bölgədə hələ də qalmaqdadır və torpaq işləri aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO