"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

Hazırda oxunan: "Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

619096

Uşaqlar "Son zəng" tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "Son zəng"də tənzimləmələr yalnız ictimai təhlükəsizlik və sağlamlığın qorunması baxımından olmalıdır:

"Digər məsələlərdə isə uşaqlara daha çox sərbəstlik verilməlidir. Bu gün burada maraqlı rəqslər və müxtəlif çıxışlar gördük. Ola bilər ki, bəzi məktəblərdə səsləndirilən mahnılar kimlərinsə xoşuna gəlməsin. Amma mən həmin uşaqları qınamazdım, sadəcə olaraq onlara güzəşt edərdim. Çünki onlar uşaqdırlar”.

Nazir məzunları təbrik edərək bildirib ki, "Son zəng" şagirdlərin həyatında ən yaddaqalan günlərdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO