TƏBİB-in İcraçı direktorunun müavini təyin olunan Bahadur Rzayev KİMDİR? – DOSYE

TƏBİB-in İcraçı direktorunun müavini təyin olunan Bahadur Rzayev KİMDİR? – DOSYE

Hazırda oxunan: TƏBİB-in İcraçı direktorunun müavini təyin olunan Bahadur Rzayev KİMDİR? – DOSYE

618693

Xəbər verdiyimiz kimi, Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.

Bizim.Media Bahadur Rzayevin dosyesini təqdim edir:

2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsilini proqram birincisi kimi başa vuran Bahadur Rzayev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr təhsili alıb.

O, "Yüksəliş" müsabiqəsinin finalçısı olub.

Bahadur Rzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Bu ilin may ayında isə TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO