"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"

"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"

Hazırda oxunan: "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"

617979

Meyxanaçı Xosrov Maştağalı həmkarı Rəşad Dağlı ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçinin sözlərinə görə, Rəşad Dağlı ilə əlaqələri davam edir və onunla vaxtaşırı telefon vasitəsilə danışırlar.

Xosrov Maştağalının sözlərinə görə, meyxanaçı dostlarını unutmur və onun vəziyyəti ilə daim maraqlanırlar.

O qeyd edib ki, toy məclislərində toplanan şabaşlardan müəyyən məbləğ ayrılır və bu vəsait həmkarlarının adından Rəşad Dağlıya göndərilir.
 

Xosrov Maştağalı bildirib ki, bu addım dostluq və həmrəylik nümunəsi kimi atılır və meyxanaçılar bu məsələdə birlik nümayiş etdirirlər.


Onun açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər meyxanaçıların həmkarlarına göstərdikləri dəstəyi yüksək qiymətləndirərək müxtəlif fikirlər səsləndiriblər. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO