Azərbaycanda İLK - Müəllimlərə güzəştli kartlar verildi

Azərbaycanda İLK - Müəllimlərə güzəştli kartlar verildi

Hazırda oxunan: Azərbaycanda İLK - Müəllimlərə güzəştli kartlar verildi

617393

İyunun 4-də Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib.

Təhsilin İnkişafı Fondundan Bizim.Media-ya bildirilib ki, TəhsilPlus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib.
 

Layihənin regionlarda fəaliyyət göstərən təhsil işçilərinin sosial rifahına töhfə verməsi və onların müxtəlif güzəşt imkanlarından faydalanmasını genişləndirməsi məqsədilə ilk mərhələdə region üzrə xüsusi tərəfdaş şəbəkəsi də formalaşdırılıb.


Tədbir çərçivəsində TəhsilPlus kartı barədə təqdimat keçirilib. Təqdimatda kartın təqdim etdiyi üstünlüklər, tərəfdaş şəbəkələrində mövcud olan endirim və bonus imkanları haqqında məlumat verilib, həmçinin TəhsilPlus kartına dair videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, Gəncə-Daşkəsən regionu üzrə ilk tərəfdaşlardan olan “Referans” tibb mərkəzinin Gəncə filialı TəhsilPlus kart istifadəçilərinə 10% endirim təqdim edir.

Bununla yanaşı, “CityCard” ilə əldə olunmuş ilkin razılığa əsasən, növbəti aylardan etibarən TəhsilPlus kart istifadəçiləri üçün ictimai nəqliyyatda xüsusi güzəşt mexanizmləri istifadəyə veriləcək.

Tədbirin gedişatında universitet rektorlarına və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin bir qrup nümayəndəsinə TəhsilPlus kartları təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO