Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO

Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO

Hazırda oxunan: Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO

617265

Tanınmış azərbaycanlı bloqerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət üçün getdikləri Taylandda qəza keçirib.

Bizim.Media xəbər verir ki, bu haqda H. Həsənov instaqram hesabında paylaşım edib.

"Əslində bu gün Bakıda olmalı idik. Adadakı son günümüzdə mopedlə qəza etdik. Həyatımda heç belə qorxmamışdım...
 

Yolda gedirdik və bir anda gözüm qaraldı, oyandım ki moped aşıb, mən bir tərəfdə, Vahid bir tərəfdə qan içində uzanmışıq, hamı ətrafımıza yığılıb, biri su verir, biri əşyalarımı toplamağa kömək edir. Vahid özünü itirmişdi, gözləri bağlı halda, hərəkət edə bilmir.


Həmin an ürəyim dayanacaq kimi hiss etdim. Ambulans gəldi, Vahidi təcili əməliyyata apardılar, mənim bədənimin qanını təmizləyib sakitləşdirməyə çalışırdılar. Elə bir şoka girmişdim ki, ayaqlarımı hiss edə bilmirdim, ayağa qalxa bilmirdim, əllərim qıc olmuşdu.

Vahidin isə 9 qabırğasında, körpücük sümüyündə sınıq və çiyində çat var. Çox çətin hərəkət edir, ayağa qalxmaq, yemək yeməyi belə çox çətindir", - o, paylaşımında yazıb. (milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO