Dövlət qurumlarına kiberhücumlarla bağlı RƏSMİ AÇIQLAMA

Dövlət qurumlarına kiberhücumlarla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dövlət qurumlarına kiberhücumlarla bağlı RƏSMİ AÇIQLAMA

617174

“Azərbaycanda son dövrdə ən geniş yayılmış kiberhücum növlərindən biri podratçı şirkətlərin şəbəkə infrastrukturlarından istifadə edərək dövlət qurumlarının informasiya sistemlərinə həyata keçirilən hücumlardır”.

Bizim.Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, məsələ təchizat zənciri (supply chain) üzərindən reallaşdırılan kiberhücumlara aiddir:

"Ölkənin kibertəhlükəsizliyi podratçının təhlükəsizliyi qədər güclüdür. Dövlət qurumlarına qarşı yönəlmiş bir sıra kiberhücumları təhlil edərkən aşkar etmişik ki, bu hücumlar məhz etibar edilən tərəflər vasitəsilə, yəni podratçı və ya xidmət təminatçısı şirkətlərin şəbəkəsinə sızma yolu ilə həmin dövlət strukturlarına istiqamətlənib".

T.Məmmədov yeni təsis olunmuş Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən özəl sektorda fəaliyyət göstərən şirkətlərə müəyyən tələblərin irəli sürülməsi və onların daxili kibertəhlükəsizlik potensialının gücləndirilməsi istiqamətində təşviq edilməsinə böyük ümidlər bəslədiyini vurğulayıb:

"Gördüyünüz kimi, milli təhlükəsizlik yalnız dövlət sistemlərinin müdafiəsi ilə məhdudlaşmır. Dövlətə xidmət göstərən hər bir şirkət ekosistemin təhlükəsizlik subyektidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO