“Sərsəng su anbarında yenidənqurma işləri aparılacaq” – RƏSMİ

“Sərsəng su anbarında yenidənqurma işləri aparılacaq” – RƏSMİ

Hazırda oxunan: “Sərsəng su anbarında yenidənqurma işləri aparılacaq” – RƏSMİ

616961

“Bu il Sərsəng su anbarında yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ iqtisadi rayonuna təşkil etdiyi mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyəti sədrinin müavini İlham Quliyev deyib.
 

Onun sözlərinə görə, 2022-2023-cü illərdə Suqovuşan su anbarı, Tərtərçayın Sol sahil kanalı və magistral kanal əsaslı təmir olunub. Sağ sahil kanalının isə ərazidə mina təmizləmə işləri tam başa çatdıqdan sonra yenidən qurulması nəzərdə tutulur.


İlham Quliyev qeyd edib ki, 1976-cı ildə istifadəyə verilən Sərsəng su anbarının ümumi tutumu 560 milyon kubmetrdir. Bəndin hündürlüyü 125 metr, uzunluğu 555,1 metr, eni isə 12 metr təşkil edir. Hazırda su anbarında 320 milyon kubmetr su ehtiyatı mövcuddur.

Sədr müavini əlavə edib ki, Sərsəng su anbarının bəndində ümumi gücü 50 meqavat olan Su Elektrik Stansiyası fəaliyyət göstərir. Eyni zamanda, anbarın aşağı hissəsində suyun tənzimlənməsinə xidmət edən Suqovuşan su anbarı, eləcə də Tərtərçay magistral, Sol və Sağ sahil kanalları yerləşir.

Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO