Bu ölkə də uşaqlara sosial şəbəkələri QADAĞAN EDİR

Bu ölkə də uşaqlara sosial şəbəkələri QADAĞAN EDİR

Hazırda oxunan: Bu ölkə də uşaqlara sosial şəbəkələri QADAĞAN EDİR
616836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Maldiv adalarında bir il ərzində 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə prezidenti Mohamed Muizzu məlumat verib.

Prezidentin fikrincə, bu addım yetkinlik yaşına çatmayanların yoldan çıxarılması, kiberbullinq və islam dəyərlərinə zidd olan kontent problemləri səbəbindən zəruridir.

O, bu məhdudiyyəti Maldiv adalarının uşaqlarının və bütövlükdə cəmiyyətin rifahı üçün vacib bir təminat adlandırıb.
 

"Prezident bunu gəncləri getdikcə qloballaşan dünyanın təhlükələrindən qorumaq üçün mühüm bir addım kimi təqdim etdi. Bu addım administrasiyanın insan potensialının inkişafına sadiqliyini əks etdirir, lakin rəqəmsallaşmadan imtina və ya uşaqların təhsil sisteminin pozulması mənasına gəlmir", - Prezidentin veb saytında qeyd olunub.


Bundan əvvəl Norveçdə də 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsinin hazırlandığı bildirilirdi. Sənədin 2026-cı ilin sonunadək parlamentə təqdim edilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO