Bakı metrosunun may ayı STATİSTİKASI: hansı stansiya liderdir?

Bakı metrosunun may ayı STATİSTİKASI: hansı stansiya liderdir?

Hazırda oxunan: Bakı metrosunun may ayı STATİSTİKASI: hansı stansiya liderdir?

616792

"Bakı Metropoliteni" QSC may ayında 19 milyon 91 min 678 sərnişin daşıyıb.

Bizim.Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, ötən ay 1 milyon 673 min 358 sərnişin "Koroğlu" stansiyasından istifadə edib.
 

Qurban bayramı və Müstəqillik Günü daxil olmaqla, 27–31 may tarixlərini əhatə edən qeyri-iş günlərində sərnişinlər metrodan 2 milyon 134 min 80 dəfə istifadə ediblər.


NFC və QR bilet vasitəsilə ümumilikdə 9 milyon 222 min 99 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 49,7 %-ni təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO