Otuz illik elmi-arxeoloji axtarışdan sonra Naxçıvanın qədim tarixi ilə bağlı İlandağ yazısı tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə AMEA-nın müxbir üzvi, tanınmış arxeoloq Vəli Baxşəliyev sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir.
"Onların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir. Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olmuşdur.
Sisianda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onlara xərac verməklə öz müstəqilliyini qoruyub saxlamışdır" - deyə arxeoloq sosial şəbəkə hesabında qeyd edib. (Azərtac)





Bizim.Media





































































































