Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO

Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO

Hazırda oxunan: Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO

616346

Fermer Rəftarə Şükürova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

Bizim.Media xəbər verir ki, R. Şükürova bu haqda instaqram hesabında yazıb.

O bildirib ki, L. Əliyeva Lənkərana, “Citrus Valley”ə səfəri zamanı yeriməkdə çətinlik çəkdiyini gördükdən sonra ona qolf maşını hədiyyə edib.

“62 yaşımda sükan arxasına oturdum. Bu o deməkdir ki, heç nə üçün gec deyil! Bu o deməkdir ki, insan onun qayğısına qalan, ona diqqət göstərən insanlar olduqca cavanlaşır, özündə yeni güc və enerji tapır.
 

Əzizim Leyla xanım Əliyeva bağımıza son səfəri zamanı yaşımı va ayaqlarımla bağlı yaşadığım çətinlikləri nəzərə alaraq, bağda rahat hərəkət edə bilməməyimdən narahatlığını ifadə etmişdi. Bu qədər diqqət, bu qədər həssaslıq və incəlik...


Bu gün Leyla xanımın hədiyyəsi mənə çatdırıldı. Bu diqqət mənim üçün sadacə bir hədiyyə deyil. Bu, daha böyük işlər görməyə həvəs, daha çox qadına nümunə olmağa stimul va insanın zəhmətinin qiymətləndirildiyini hiss etməsinin verdiyi gözəl duyğudur.

Səmimi diqqətinə va qayğısına  görə minnətdaram”, - o vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO