Balakəndə qarpız yerinə 110 kq narkotik ələ keçirildi

Balakəndə qarpız yerinə 110 kq narkotik ələ keçirildi

Hazırda oxunan: Balakəndə qarpız yerinə 110 kq narkotik ələ keçirildi

615694

Gürcüstana Balakəndən külli miqdarda narkotik vasitə-marixuana keçirilməsinə cəhd edilib.

Bizim.Media xəbər verir ki, Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində hadisənin qarşısı alınıb və marixuanalar qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin məlumatında hadisə ilə bağlı deyilir:

"“Mazımqara” gömrük postunda İran İslam Respublikasından Gürcüstana “qarpız” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı içərisində "qarpız" yükü olan qutuların alt hissəsində xüsusi üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən qablaşdırma ilə birgə ümumi çəkisi 110 kiloqram 300 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO