Mayın 29-dan 30-dək Xankəndi şəhərində Qəhvə və Çay Festivalı keçiriləcək. Şəhərin Zəfər meydanında baş tutacaq ikigünlük festivalla bağlı artıq hazırlıqlara başlanılıb, köşklər quraşdırılır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, festival çərçivəsində qəhvə və çay istehsalı, o cümlədən idxalı ilə məşğul olan şirkətlərin aksesuar və avadanlıqlarının sərgisi də keçiriləcək.
Tanınmış sənət adamları, rəqs qrupları ifa və çıxışları ilə festivala rəng qatacaq.
Qeyd edək ki, festivalın əsas məqsədi çay və qəhvə sənayesinin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:34 / 26.05.2026
Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək
Hazırda oxunan: Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək
Hazırda oxunan: Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək
615545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































