Rusiyanın Azərbaycandakı səfirindən Şuşa ilə bağlı TƏKLİF

Rusiyanın Azərbaycandakı səfirindən Şuşa ilə bağlı TƏKLİF

Hazırda oxunan: Rusiyanın Azərbaycandakı səfirindən Şuşa ilə bağlı TƏKLİF

615541

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov cari ilin iyun ayında iki ölkənin parlament nümayəndələrinin görüşünün Azərbaycanın Qarabağ bölgəsində təşkil edilməsi təşəbbüsü ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, rusiyalı diplomat bu təklifi "Xəzər regionuna investisiyalar" adlı biznes-panelindəki çıxışı zamanı səsləndirib.

M.Yevdokimov qeyd edib ki, iyun ayında Rusiya və Azərbaycan parlamentarilərinin Azərbaycan ərazisində növbəti görüşü planlaşdırılır:

"Mən bu görüşün mütləq şəkildə Bakıda deyil, bəlkə də Qarabağda, məsələn, Şuşada keçirilməsinin tərəfdarıyam. İstəyirəm ki, bizim parlamentarilər də həmin ərazilərdə dövlət tərəfindən həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərini öz gözləri ilə görsünlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO