Xocalıya daha 9 ailə qayıtdı - Mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalıya daha 9 ailə qayıtdı - Mənzillərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Xocalıya daha 9 ailə qayıtdı - Mənzillərinin açarları təqdim olundu – FOTO

615519

Xocalı rayonuna mayın 26-da növbəti köç olub.

Bu barədə Bizim.Media-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.
 

Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla doqquz nəfər, Badara kəndinə iki ailə olmaqla dörd nəfər, Ballıca kəndinə bir ailə olmaqla bir nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla üç nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.


Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək, doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO