ADY rəsmisi açıqladı: "İyunun ortalarına qədər bütün biletlər satılıb"

ADY rəsmisi açıqladı: "İyunun ortalarına qədər bütün biletlər satılıb"

Hazırda oxunan: ADY rəsmisi açıqladı: "İyunun ortalarına qədər bütün biletlər satılıb"
615403
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı–Tbilis istiqamətində fəaliyyətə başlayan qatar reyslərinə maraq kifayət qədər yüksəkdir.

Bizim.Media xəbər verir ki, bunu “modern.az”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, sərnişin axınının artması səbəbindən qatara əlavə vaqon da qoşulub:

“Qatar ilkin olaraq 5 vaqondan ibarət olub və onlardan biri restoran vaqonu kimi fəaliyyət göstərib. Artan tələbat nəzərə alınaraq əlavə bir vaqon da reysə daxil edilib”.

B.Hacıyev satışa çıxarılan 8000 biletin təxminən 6400-ünün yəni 70 faizinin artıq satıldığını vurğulayıb:

“Hətta Gürcüstandan iyunun ortalarına qədər, bütün reyslər üzrə biletlər satılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO