Bakı-Tbilisi marşrutunda aşağı tariflər nəzərdən keçirilir - RƏSMİ

Bakı-Tbilisi marşrutunda aşağı tariflər nəzərdən keçirilir - RƏSMİ

Hazırda oxunan: Bakı-Tbilisi marşrutunda aşağı tariflər nəzərdən keçirilir - RƏSMİ

615379

"Bakı–Tbilisi–Bakı marşrutu üzrə qiymət siyasəti sərnişinlərə imkan verir ki, bir ay öncədən imkanına uyğun sinfini seçsin. Məsələn, 81 manat başlayan səyahət sinfini 35-20 gün öncədən əldə edə bilərlər".

Bizim.Media xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" gələcəkdə ucuz bilet imkanlarına da baxacaq: "Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq".
 

Qeyd edək ki, bu gün Bakıdan Tbilisiyə sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.


Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.

Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO