XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi – FOTO

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi – FOTO

Hazırda oxunan: XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi – FOTO

615227

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.


Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO