Şahlar Cabbarov Ukraynadan Azərbaycana ekstradisiya EDİLƏCƏK

Şahlar Cabbarov Ukraynadan Azərbaycana ekstradisiya EDİLƏCƏK

Hazırda oxunan: Şahlar Cabbarov Ukraynadan Azərbaycana ekstradisiya EDİLƏCƏK

615220

Dələduzluqda ittham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
 

Məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Cabbarov Şahlar Qənaət oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.


Nəsimi rayon polis idarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Şahlar Cabbarov təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.

Bu səbəbdən Şahlar Cabbarovun Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda Şahlar Cabbarovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla sıx əməkdaşlığı davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO