Lənkəranda AĞIR QƏZA – 61 yaşlı piyada həyatını itirib - FOTO

Lənkəranda AĞIR QƏZA – 61 yaşlı piyada həyatını itirib - FOTO

Hazırda oxunan: Lənkəranda AĞIR QƏZA – 61 yaşlı piyada həyatını itirib - FOTO

614978

Lənkəranda baş verən yol qəzası faciə ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının Şağlaküçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilir ki, Nicat Soltanzadənin idarə etdiyi “KIA Sorento” markalı avtomobil hərəkət zamanı nəzarətdən çıxaraq 1965-ci il təvəllüdlü kənd sakini Xəzər Şükürovu vurub.

Daha sonra avtomobil yolun kənarında park vəziyyətində olan “VAZ-2107” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “VAZ” markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində həm piyada, həm də sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ağır vəziyyətdə olan 61 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Meyit ekspertiza aparılması məqsədilə aidiyyəti üzrə təhvil verilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma davam etdirilir.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO