"Space" TV-də 2 aydan çox yığılıb qalan borclar bağlandı

"Space" TV-də 2 aydan çox yığılıb qalan borclar bağlandı

Hazırda oxunan: "Space" TV-də 2 aydan çox yığılıb qalan borclar bağlandı

614881

"Space” TV-nin yeni baş direktoru Ayaz Mustafayev Vado Korovinin dövründən qalan borcları bağlayıb.

Bizim.Media “manset.az”a istinadən yazır ki, artıq iki aydan çox müddətdir ki, "Space” TV-nin əməkdaşları öz əməkhaqlarını ala bilmirdilər.

Yeni rəhbərlik təyin olunandan sonra çoxsaylı müraciətlər nəzərə alınaraq onların iki aydan artıq yığılıb qalan əməkhaqları öz hesablarına köçürülüb.

Bununla da telekanalın heç bir işçiyə borcu qalmayıb.

Qeyd edək ki, bir müddət əvvəl "Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. A.Mustafayev sözügedən telekanalın yeni baş direktor vəzifəsinə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO