Xaçmazda çökən yol yenilənir – FOTO

Xaçmazda çökən yol yenilənir – FOTO

Hazırda oxunan: Xaçmazda çökən yol yenilənir – FOTO

614723

Aprelin 6-da Gəndab-Xaçmaz-Xudat-Yalama-Rusiya sərhədi yolunun 60-cı km-də, yolun Xaçmazın İstisu qəsəbəsindən keçən hissəsində çökən yolun bərpasına başlanılıb.

Bu barədə Bizim.Media-ya Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmazdakı 4 saylı Yol İstismar İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, ötən gündən sel sularının çökdürdüyü yolda dağılan boruların və ərazinin təmizlənməsinə başlanılıb.

Məlumata görə, təmizləmə prosesindən sonra yeni su ötürücü borular yerinə qoyulacaq və üst hissənin bərpası işləri görüləcək. Bərpa işlərinin 10-15 gün ərzində tamamlanması planlaşdırılır.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO