Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarasaqqal kəndində qeydə alınıb.
Belə ki, aralarında yaranan şəxsi münasibətlər zəminində kənd sakini 1987-ci il təvəllüdlü Mürvət Əliyev həmkəndlisi 2000-ci il təvəllüdlü Əliyev Vüsal Ağaisa oğluna bir neçə bıçaq xəsarəti yetirib.
Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb.
Hazırda hadisənin hansı şəraitdə baş verməsi rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Bizim.Media,Aran bürosu









































































































