Bakı-Tbilisi qatarı mənzil başına 9 saata çatacaq – SƏBƏBİ AÇIQLANDI

Bakı-Tbilisi qatarı mənzil başına 9 saata çatacaq – SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Bakı-Tbilisi qatarı mənzil başına 9 saata çatacaq – SƏBƏBİ AÇIQLANDI

614371

"Qatarın ümumi səfər müddətinə təsir edən amillərdən biri Gürcüstan ərazisində dəmir yolu infrastrukturunun texniki vəziyyəti və sürət məhdudiyyətidir".

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

Bildirilib ki, Gürcüstanda qatarın orta sürəti təxminən 50 km/saat olacaq.

"Qardabani-Tbilisi hissəsində sürətin nisbətən aşağı olması məhz həmin ərazidə infrastrukturun vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır. Qatarlar Bakıdan Böyük Kəsik stansiyasına qədər olan 498 kilometrlik məsafəni 6 saat 10 dəqiqəyə qət edəcək, Azərbaycan ərazisində dəmir yolu infrastrukturu yeniləndiyi üçün orta hesabla 100 km/saat sürətlə hərəkət edə biləcək", - deyə o qeyd edib.

Departament rəisinin sözlərinə görə, qatarın Azərbaycan ərazisində sərhəd və gömrük nəzarəti Böyük Kəsik stansiyasında qatarda, sərnişinlər düşürülmədən həyata keçiriləcək:

"Bu məqsədlə stansiyada 60 dəqiqəlik dayanma nəzərdə tutulur. Gürcüstan ərazisində isə analoji sərhəd və gömrük yoxlamaları Qardabani stansiyasında aparılacaq və burada da 60 dəqiqəlik dayanma planlaşdırılıb. Hər bir vaqonda sərhəd və gömrük əməkdaşları üçün xüsusi iş yerləri ayrılıb. Bu, prosedurların daha rahat və sistemli şəkildə aparılmasına imkan verəcək".

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO