Alman qonağı Bakıda heyrətləndirən bina – FOTO

Alman qonağı Bakıda heyrətləndirən bina – FOTO

Hazırda oxunan: Alman qonağı Bakıda heyrətləndirən bina – FOTO

614315

“Biz Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərq də daxil olmaqla, qlobal cənubun müxtəlif ölkələrində tərəfdaş təşkilatlarla əməkdaşlıq edirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Globalinfo.az-a almaniyalı QHT rəhbəri Eva Dik Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) haqda danışarkən deyib.

O bildirib ki, Almaniyada yerləşən “Misereor” qeyri-hökumət təşkilatında çalışır:

“Biz təşkilatlara maliyyə dəstəyi göstərir, ehtiyac olduqda potensialın artırılması və məsləhət xidmətləri təqdim edirik. Bundan əlavə, birgə təşviqat fəaliyyəti də həyata keçiririk. Məhz buna görə də “Misereor” olaraq burada iştirak etməyimiz bizim üçün çox önəmlidir. Çünki tərəfdaş təşkilatların nümayəndələri ilə görüşmək, daha səmərəli müzakirələr aparmaq, birbaşa ünsiyyət qurmaq, birgə strategiyalar hazırlamaq və əlbəttə ki, bir-birimizdən öyrənmək imkanı əldə edirik”.

Müsahibimiz Bakıya ilk dəfə gəldiyini deyib:

“Bakı yenidən, xüsusilə də digər maraqlı yerləri görmək üçün gəlmək istərdim. Çünki belə tədbirlərdə buna vaxt ayırmaq adətən çətin olur. Üç gün əvvəl gecə saatlarında gəldik. İçərişəhər yaxınlığında yemək yedik və bu, çox xoş təəssürat yaratdı. Daha çox məkanı görməyi səbirsizliklə gözləyirəm”.

O bildirib ki, Bakıda avtobusla şəhərdən keçərkən diqqətini ən çox çəkən detal binalar olub:

“Burada çox qeyri-adi və maraqlı memarlıq nümunələri var. Məsələn, Olimpiya Stadionu və Zaha Hadidin layihələndirdiyi bina (Heydər Əliyev Mərkəzi) həqiqətən çox təsiredicidir. Bunları yaxından görmək istərdim”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO