“Heyvanları bazara çıxarmırlar ki, bayramda daha baha satsınlar” – Bazarda SON VƏZİYYƏT

“Heyvanları bazara çıxarmırlar ki, bayramda daha baha satsınlar” – Bazarda SON VƏZİYYƏT

Hazırda oxunan: “Heyvanları bazara çıxarmırlar ki, bayramda daha baha satsınlar” – Bazarda SON VƏZİYYƏT

614311

Qurban bayramına sayılı günlər qalıb. İmkanı olan hər kəs çalışır ki, bayram günlərində qurban kəssin, xeyirxahlıq etsin. Amma bayramın gəlişi ilə bağlı bəzi yerlərdə süni qıtlıq yaradılır. Bu da təbii ki, qiymətlərə öz təsirini göstərir.

Ənənəvi olaraq hər il Qurban bayramında ətin və diri heyvanların qiyməti 20-25 faiz ətrafında bahalaşır.

Bəs, bu il vəziyyət necədir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan heyvan satışı ilə məşğul olan Xəyal Qasımov deyir ki, bölgələrdəki heyvan bazarlarında qiymətlər o qədər də yüksəlməyib:

“Amma qıtlıq hiss olunur. Məsələn mayın 19-da İmişlinin “mal bazarı”na əvvəlki bazar günlərinə nisbətən daha az heyvan çıxardılmışdı. Yəqin hər kəs mayın 26-ndakı bazarı gözləyir ki, heyvanı daha baha qiymətə satsın.
 

Ötən günsə bazarda qurbanlıq qoyunların qiyməti 300 manatdan başlayır, 450 manata qədər yüksəlirdi. 100 kiloqramlıq erkək dananın qiyməti isə 1600 manatdan başlayır. Bununla belə son bir ayda yerlərdə qoyun əti 2 manata qədər bahalaşıb. Dana ətində isə hələlik dəyişiklik yoxdur. Yəqin ki, əsas bahalaşma gələn həftə olacaq.


Bakıda quzu əti 30, mal əti isə 20 faizədək bahalaşacaq. Amma bu bahalaşma qısa sürəcək. Çünki həm havaların istiləşməsi, həm də Məhərrəmlik ayının gəlişi ət bazarında qiymətlərə təsir edəcək. Yəni qiymətlər ən azı əvvəlki vəziyyətə qayıdacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO