Ələt yolundakı qəzalı körpü sökülür - VİDEO

Ələt yolundakı qəzalı körpü sökülür - VİDEO

Hazırda oxunan: Ələt yolundakı qəzalı körpü sökülür - VİDEO
614096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpünün sökülməsi ilə bağlı qərar qəbul olunub.

Bu barədə Bizim.Media-ya AAYDA-da məlumat verilib.

Bildirilir ki, hazırda ərazidə yeni körpünün layihələndirilməsi və nəqliyyatın dayanıqlı təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
 

Bu müddət ərzində təhlükəsizlik məqsədilə Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb, avtomobillər isə alternativ marşrut üzrə istiqamətləndirilib. Alternativ yol üzrə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili üçün aidiyyəti dövlət qurumları gücləndirilmiş rejimdə fəaliyyət göstərir, əraziyə davamlı nəzarət təmin olunur.


Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb.

İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO