Doktoranturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Doktoranturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Hazırda oxunan: Doktoranturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
614066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

19 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.

Bildirilib ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər.

Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO