Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazirdən açıqlama

Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazirdən açıqlama

Hazırda oxunan: Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazirdən açıqlama

613185

Xankəndi stadionunun avqust-sentyabr ayınadək tam hazır olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

O, işlərin bir az ləngiməsinin səbəbini də açıqlayıb:

“Etiraf edəcəyəm, Xankəndi stadionu ilə bağlı bir az ləngimə oldu. Ötən il Xankəndidə III MDB Oyunlarının oxatma yarışı baş tutdu. Bu səbəbdən bəzi işləri ləngitməli olduq. Bu stadion UEFA standartlarına cavab verəcək. Burada beynəlxalq yarışların keçirilməsini də istəyirik. Milli komandamızın da burada bəzi oyunları keçirməsini istəyirik. Ot örtüyü, paltardəyişmə otaqları, tribunalar hazırdır. Bəzi tamamlama işləri gedir. Bəzi avadanlıqlar xaricdən gələcəyi üçün gözləyirik. Ümid edirik ki, avqust-sentyabr ayınadək tam hazır olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO