Xocavənddə əkin torpağının olmasını istəyənlərin NƏZƏRİNƏ: mayın 18-dən...

Xocavənddə əkin torpağının olmasını istəyənlərin NƏZƏRİNƏ: mayın 18-dən...

Hazırda oxunan: Xocavənddə əkin torpağının olmasını istəyənlərin NƏZƏRİNƏ: mayın 18-dən...

613167

Xocavəndin Qırmızı bazar qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanılır.

Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, mayın 18-dən başlayaraq Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə növbəti müraciətlərin qəbuluna başlanılır. Qırmızı bazar qəsəbəsində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi 2026-cı ilin iyun ayının 18-i günün sonunadək davam edəcək.
 

Qırmızı bazar qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.


Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, qarğıdalı, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının, tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələmin əkilməsi nəzərdə tutulur.

Su təminatı mümkün olan sahələrdə çoxillik bitkilərdən,qoz, fındıq, şabalıd, armud, gilas, üzüm və bəzi giləmeyvələr yetişdirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO