“Müasir dünyada ailə dəyərlərinə qarşı bir çox təhdidlər mövcuddur. Ənənəvi ailə dəyərləri artıq getdikcə öz funksionallığını itirir və bunun yerinə müasir ailə dəyərləri meydana çıxır. Amma müasir Azərbaycan ailəsi eyni zamanda ənənəvi köklərinə sadiq bir ailə olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov təhsil müəssisəsində Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərləri” mövzusunda keçirilən tədbir haqqında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki ildir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan İlahiyyat İnstitutunda bu layihə həyata keçirilir.
"Layihənin əsas məqsədi Beynəlxalq Ailə Günü münasibəti ilə tələbələrimizi dinləməkdir. Tələbələr auditoriyada müəllim kimi dərs keçir və Azərbaycanın milli düşüncəsində, Azərbaycan milli kimliyində ailə dəyərlərinin rolundan bəhs edirlər. Həmçinin ailə dəyərlərini müxtəlif aspektlərdən: psixoloji, sosioloji və eyni zamanda teoloji aspektdən çatdıran mühazirələrlə müəllimlər qarşısında çıxış edirlər.
Əsas məqsədimiz ondan ibarətdir ki, ailə dəyərlərimizi, Azərbaycanın milli ailə dəyərlərini gənclərimizə aşılayaq. Köklərinə sadiq qalan, amma eyni zamanda müasir dövrün çağırışlarını nəzərə alan ailə modelini cəmiyyətə tətbiq etmək, daha doğrusu, cəmiyyətə təlqin etməkdir".
Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunda istər ailə dəyərləri, istər qadınlar, istərsə də erkən nikahlarla bağlı bir çox layihələr mövcuddur və bu layihələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:26 / 14.05.2026
Aqil Şirinov: “Müasir dünyada ailə dəyərləri bir çox təhdidlərlə üz-üzədir”
Hazırda oxunan: Aqil Şirinov: “Müasir dünyada ailə dəyərləri bir çox təhdidlərlə üz-üzədir”
Hazırda oxunan: Aqil Şirinov: “Müasir dünyada ailə dəyərləri bir çox təhdidlərlə üz-üzədir”
613069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































