“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

Hazırda oxunan: “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

612589

"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının üçüncü mərhələsi start götürüb.

Bizim.Media xəbər verir ki, velosipedçilər bu etapda Qəbələdən start götürməklə Mingəçevirə qədər 162,9 kilometr məsafə qət edəcəklər.

Ötən gün II mərhələdə “Sea Breeze”dən İsmayıllıya olan məsafəni Qazaxıstanın "XTS Astana" komandasının üzvü Yevgeni Fyodorov birinci gəlib.

Birinci mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko finişə ilk çatıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO