Atasının Prezidentlə söhbəti gündəm olan şəhid Samirin döyüş yolu

Atasının Prezidentlə söhbəti gündəm olan şəhid Samirin döyüş yolu

Hazırda oxunan: Atasının Prezidentlə söhbəti gündəm olan şəhid Samirin döyüş yolu

612344

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında sakinlərə mənzillərin açarlarını təqdim edərkən Vətən Müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə təsirli söhbət edib.

Bizim.Media bu məqamda şəhid Sarıyev Samirin keçdiyi döyüş yolunu bir daha xatırladır.

Sarıyev Samir Əli oğlu 1993-cü il 11 noyabrda Şirvanda dünyaya gəlib.

Vətən müharibəsinə könüllü yollanan Samir Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaətlə iştirak edib.

23 oktyabrda Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, medalları ilə tətif edilib. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO