“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Hazırda oxunan: “Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

612066

Bakı–Şamaxı–Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə yolun 147-ci kilometrliyində baş verib.

Belə ki, son sürüşmə nəticəsində asfalt örtüyünün bir hissəsi dağılıb, yolda iri çatlar və yarğanlar yaranıb.

Hazırda avtomobil yolunun bir zolağı məhdudlaşdırılıb və sürücülər hərəkəti tək zolaqla davam etdirirlər. Sürücülər ərazidə hərəkətin təhlükəli olduğunu bildirirlər.

“Şamaxıdan Ağsu istiqamətinə gedən sürücülər ehtiyatlı olsunlar. Yolun problemli hissəsi görünməyən döngədə yerləşir. Qəza şəraiti yarana bilər. Yolun bir tərəfi dağılıb, digər tərəfi isə istifadədədir. İki maşın qarşılaşanda təhlükəli vəziyyət yaranır. Gecə isə vəziyyət daha çətin olur”, – sürücülərdən biri deyib.

Digər sürücü isə yolun vəziyyətindən narahatlığını ifadə edib:

“Qorxa-qorxa gedirəm. Maşın aşa bilər. Hələ də düzəltmirlər. Gəlib görsünlər, buranın vəziyyəti nə gündədir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO