Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar

Hazırda oxunan: Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar
611979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib. 

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, Vüsalə Əliyeva bu gün gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçmə mərasimində iştirak edib.

“Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi”, - şəhid xanımı qeyd edib.

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar - foto 1

“Gömrük orqanındakı andiçmə mərasimi hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir.


Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür”, - o əlavə edib.

Şəhid xanımına leytenant rütbəsi verildi - Fotolar - foto 2

Qeyd edək ki, A.Əliyev Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək, Şuşaya girişi təmin edən döyüşlərin rəhbəri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO