“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

“İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

Hazırda oxunan: “İctimai TV”yə baş direktor namizədlərinin sənəd qəbulu bu gün BAŞA ÇATIR

611965

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu bu gün bitir.

Bizim.Media xəbər verir ki, sənədlərin son qəbul tarixi 8 may saat 18:00-dır.
 

Qeyd edək ki, Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün 27 aprel saat 9:00-dan namizədlərin sənəd qəbulunu elan edib.


Namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı və ali təhsilli olmalıdırlar. Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənilməmiş şəxs, həmçinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər namizəd ola bilməzlər.

Bu vəzifəyə namizəd olmaq istəyənlərdən bəzisi sosial şəbəkə hesablarında namizəd olduqlarına dair məlumat paylaşıb.

Namizədliklərini elan edənlər arsında jurnalistlər Taleh Şahsuvarlı və Tural Ozan yer alıb.

Məlumat üçün bildirək ki, Baş direktor səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. Hazırda İTV-nin Baş direktoru Balakişi Qasımovdur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO