Dünyada narahatlığa səbəb olan hantavirusa ölkəmizdə yoluxan var? – RƏSMİ AÇIQLAMA

Dünyada narahatlığa səbəb olan hantavirusa ölkəmizdə yoluxan var? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dünyada narahatlığa səbəb olan hantavirusa ölkəmizdə yoluxan var? – RƏSMİ AÇIQLAMA

611934

Hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az” sorğusuna cavab olaraq Səhiyyə nazirliyindən bildirilib.
 

Nazirlikdən qeyd edilib ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.


"Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.

Profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur:

yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək;

gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək;

açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək;

gəmiricilərlə birbaşa təmasdan çəkinmək.

Hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır".
 

Xatırladaq ki, Argentinadan yola düşən və hazırda Kanar adalarına doğru gedən "MV Hondius" gəmisində 3 nəfərin hantavirusdan ölməsi dünya miqyasında narahatlıq doğurub.  


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus vətəndaşlarının Müqəddəs Yelena adasına eniş etdiyi 12 ölkəyə hantavirus xəbərdarlığı edib.

Bu ölkələrə Kanada, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Sent Kitts və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Birləşmiş Krallıq və ABŞ daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO