“Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum”

“Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum”

Hazırda oxunan: “Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum”

611382

Aktyor Natiq Fərzəliyev "Bir gün" verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, sənətçi boyunun qısa olmasının səbəbindən danışaraq bildirib ki, uşaqlıq illərində yaşadığı qorxu onun sağlamlığına təsir edib.

Onun sözlərinə görə, 8 yaşında kənddə qorxudan sarılıq keçirib və daha sonra tətbiq edilən səhv müalicə nəticəsində fiziki inkişafı dayanıb.
 

Aktyor qeyd edib ki, 5-ci sinifdə olarkən Bakıya həkimə aparılıb və müalicə nəticəsində müəyyən qədər boy artımı müşahidə olunub. Daha sonra illər ərzində mütəmadi olaraq həkim nəzarətində qalıb, hətta Moskvada yerləşən məşhur tibb müəssisələrində də müalicə alıb. Bu proses nəticəsində onun boyu 1.45 metrə qədər yüksəlib.


Natiq Fərzəliyev etiraf edib ki, yeniyetməlik dövründə bu səbəbdən komplekslər yaşayıb və insanlardan uzaq durmağa çalışıb. Lakin sonradan ailəsinin dəstəyi ilə müxtəlif dərnəklərə qatılıb və həmyaşıdları ilə ünsiyyət qurmağa başlayıb. O bildirib ki, sinif yoldaşlarının sevgisi və dəstəyi bu çətin dövrdə ona böyük motivasiya verib. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO